“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti mərhələyə yüksəlib.
AzerTimes xəbər verir ki, Qəbələ təmsilçisi I mərhələnin cavab oyununda Macarıstanın “Puşkaş Akademiya” klubunun qonağı olub.
Qarşılaşma təmsilçimizin 1:0 hesablı qələbəsi ilə baş çatıb. 56-cı dəqiqədə Kənan Baxışov fərqlənib.
Tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.
“Qəbələ” növbəti mərhələdə “Leççe” (İtaliya) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi ilə görüşəcək.