“Qəbələ” son dəqiqə qolu ilə “Səbail”ə qalib gəldi

“Qəbələ” son dəqiqə qolu ilə “Səbail”ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

AzerTimes-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Qəbələ” Bakıda “Səbail”in qonağı olacaq. “ASCO Arena”dakı görüş “qırmızı-qaralar”ın 2:1 hesablı qələbəsi ilə başa çatb.

Oyunda bütün qollar ikinci hissədə vurulub. 44-cü dəqiqədə meydan sahiblərindən Qustavo de Fransa ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. 54-cü dəqiqədə qonaqlardan İsnik Alimi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 7 dəqiqə sonra isə Ağabala Ramazanov penaltidən tarazlığı bərpa edib. Son nöqtəni isə 90-cı dəqiqədə Ülvi İsgəndərov qoyub.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran “Qəbələ” 4-cü pillədəki yerini qoruyub. 5 xalı olan “Səbail” isə 7-ci sırada qalıb.

Qeyd edək ki, turun “Turan Tovuz” – “Zirə”, “Qarabağ” – “Neftçi” oyunları oktyabrın 1-də, “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” matçları isə bir gün sonra keçiriləcək.

Teqlər: