Futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci turun daha bir oyunu baş tutub.
AzerTimes xəbər verir ki, Qəbələ şəhər stadionunda “Qəbələ” komandası ilə “Şamaxı” qarşılaşıb. Meydan sahibləri görüşdə 3:1 hesablı qələbə qazanıblar.
İlk qolu matçın 8-ci dəqiqəsində “qırmızı-qaralar”dan Rövlan Muradov vurub. İki dəqiqə sonra Murad Musayev fərqi artırıb. Oyunun 20-ci dəqiqəsində isə Felipe Santos 3-cü topu rəqib qapısından keçirib. Qonaq komandanın yeganə qolunu isə 56-cı dəqiqədə Amil Yunanov vurub.
Bununla da, ardıcıl ikinci qələbəsini əldə edən “Qəbələ” xallarının sayını 6-ya çatdırmaqla ikinci pilləyə yüksəlib. “Şamaxı” isə 8-ci yerdə qərarlaşıb.
Turun son matçında “Neftçi” komandası bu gün evdə “Kəpəz”lə oynayır.