Futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edəcək komanda müəyyənləşib.
AzerTimes xəbər verir ki, “Qəbələ” elita ilə vidalaşmalı olacaq.
32-ci turda evdə “Kəpəz”ə 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar”ın çempionatda sonuncu-onuncu olacağı dəqiqləşib. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Martins Junior vurub.
“Kəpəz” sona dörd tur qalmış xallarının sayını 34-ə çatdırıb və hələlik 8-ci pilləyə yüksəlib. “Qəbələ”nin 17 xalı var.