“Qəbələ” öz meydanında qalib gəldi

“Qəbələ” öz meydanında qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir matçı keçirilib.

AzerTimes xəbər verir ki, “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran “Qəbələ” 4-cü pilləyə yüksəlib. 3 xalı olan “gənclik şəhəri” təmsilçisi 8-ci sıradadır.

Teqlər: