“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında 2023/2024 mövsümünün ilk matçını keçirib.
AzerTimes xəbər verir ki, təmsilçimiz I mərhələdə Macarıstanın “Puşkaş Akademiya” klubu ilə görüşüb.
Qəbələ şəhər stadionunda keçirilən cütün ilk duelində 1:1 hesabı qeydə alınıb. 8-ci dəqiqədə Şahin Şəhniyarov hesabı açsa da, macarıstanlılar 36-cı dəqiqədə penaltidən bərabərlik qolunu vurublar.
Komandalar arasında cavab qarşılaşması oktyabrın 25-də Macarıstandakı “Panço Arena”da keçiriləcək.