Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Trend xəbər verir ki, toplantıda Premyer Liqamızın 23-cü
turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.
“Qəbələ” – “Sumqayıt” oyunun 90+3-cü dəqiqəsində meydan
sahiblərinin baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə
görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün
4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb, klub 4000 manat cərimə
olunub. Sınaq müddəti 3 ay təyin edilib.