Qəbələ emalatxanasında son iki ilin ən böyük xalçası kəsilib – 57 kiloluq Quba xalçası (FOTO)

“Azərxalça”nın Qəbələ emalatxanasında bu gün son iki ilin ən böyük xalçası kəsilib. 24 kv. metrlik (4×6) xalça 57.2 kq-dır.

AzerTimes-ın məlumatına görə, “Pirəbədil” çeşnili Quba xalçasının toxunmasına toxucularımız – Nəsirova Aygün, Şəkərxanova Xatirə və Sarıyeva Ülviyyə hələ 2018-ci ilin aprel ayında başlayıblar. COVID-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə xalçanın toxunması dayandırılıb. 1 il müddətində xalçaya güvə düşməməsi üçün müntəzəm olaraq dərmanlama prosesi aparılıb. 2021-ci ilin aprel ayından istehsalatın bərpa olunması ilə əlaqədar xalçanın toxunuşu davam etdirilib və iyul ayında xalça kəsilərək dəzgahdan götürülüb.

Böyük ölçülü xalçaları toxucular adətən 1il – 1 il 3 ay müddətində toxuyurlar.


Xatırladaq ki, emalatxanaların hər birində xalçalara baxmaq və əldə etmək imkanı mövcuddur.

Teqlər: