QDTİB SOCAR və SOCAR AQS-in layihələrinə ayrılan vəsaiti açıqlayıb

Xəbər - Ləman Zeynalova – Trend:

Qara dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın enerji sektorunda SOCAR və SOCAR AQS-in əməliyyatlarına 110 milyon avrodan çox vəsait ayırıb.

Bu barədə Trend-ə bankdan bildiriblər.

Qeyd olunub ki, bankın Azərbaycanın enerji sektorunda iştirakı 2015-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində “Lukoyl” şirkətinin kreditinin maliyyələşdirilməsi ilə başlayıb:

“SOCAR və SOCAR AQS-in əməliyyatları 2019-cu ildə davam edib və regional ticarət və əməkdaşlığın inkişafına xidmət edib. QDTİB bütün bu əməliyyatlara 110 milyon avrodan çox vəsait ayırıb”.

Bankdan bildiriblər ki, uzun illər ərzində QDTİB Azərbaycanda kiçik və orta müəssisələri dəstəkləyib və Azərbaycan bankları vasitəsilə vəsaitlər ayırıb:

“Yerli banklarla ölkədə kiçik və orta biznesin dəstəklənməsi üçün imzalanan kredit sazişlərinin məbləği 135 milyon avronu ötüb”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: