QDTİB Azərbaycan bankına milli valyutada kredit verib

Xəbər - Zeyni Cəfərov – Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) “TuranBank”a kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinin genişləndirilməsi üçün milli valyutada 10 milyon manat məbləğində yeni kredit ayırıb.

Trend bu barədə QDTİB-ə istinadən məlumat verir.

Həmin kredit “TuranBank”a kiçik və orta müəssisələrin istehsal və investisiya proqramları üçün, eləcə də dövriyyə kapitalında ehtiyaclarının qarşılanması üçün maliyyə vəsaitinə çıxış imkanlarını artırmağa imkan verəcək.

Yeni kredit Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına kömək edəcək və iş yerlərinin yaradılmasını stimullaşdıracaq

Qeyd edək ki, bu, QDTİB-in “TuranBank”a milli valyutada verdiyi ikinci kreditdir. Banklar 2011-ci ildən etibarən davam edir.

Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: