“Qazprom”un yeni rəhbəri azərbaycanlı olacaq?

“Qazprom”un yeni rəhbəri azərbaycanlı olacaq?

“Qazprom”un rəhbərliyində “əhəmiyyətli” kadr dəyişikliklərinə başlanılıb.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın Teleqram kanalları məlumat yayıb.

Şirkətin 62 yaşlı rəhbəri Aleksey Millerin səhhətinə görə tezliklə dövlət korporasiyasına rəhbərlik edə bilməyəcəyi deyilir və onun xələfinin müavini, əslən azərbaycanlı Famil Sadıqovun olacağı proqnozlaşdırılır.

Həmçinin bildirilir ki, Sergey İvanin “Qazprom Gazonefteproduct Holdinq”in rəhbəri vəzifəsini tərk edir. Bu şirkət illik iki milyarda yaxın gəlir gətirən əsas şirkət “Qazprom”un güclü törəmə şirkətidir.

Məlumata görə, “tezliklə” İvanindən sonra növbə “Qazprom”da aparıcı vəzifə tutan və yüksək reputasiyaya malik Yelena Sekarinaya çatacaq.

Qeyd edək ki, “Qazprom” Açıq Səhmdar Cəmiyyəti dünyanın ən böyük təbii qaz hasilatı şirkəti olmaqla yanaşı, dünyanın ən böyük şirkətlərindən biri olan Rusiyanın qaz sənayesi dövlət şirkətidir. Şirkətin baş ofisi Rusiyanın paytaxtı Moskvada yerləşir. 1989-cu ildə SSRİ Qaz Sənayesi Nazirliyi tərəfindən yaradılıb.

Teqlər: