Bolqarıstan hələlik “Qazprom”la yeni müqavilə ilə bağlı danışıqlara getmir.
AzerTimes xəbər verir ki, bunu Bolqarıstan Baş nazirinin iqtisadi siyasət üzrə müavini Xristo Aleksiyev deyib.
“Rəsmi Sofiya hesab edir ki, belə bir qərarı müvəqqəti hökumət qəbul etməməlidir. Əvvəlcə Bolqarıstanda mayeləşdirilmiş təbii qazın uzunmüddətli tədarükü üçün beynəlxalq tender elan ediləcək və müqavilənin bağlanması qərarını yeni hökumət verəcək”, – Aleksiyev bildirib.