“Qazprom” Ukrayna vasitəsilə Avropaya qaz tədarükünü davam etdirir

“Qazprom” Rusiya qazını Ukrayna ərazisindən keçməklə Avropaya
tranzit üçün müntəzəm olaraq nəql etməyə davam edir.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə
jurnalistlərə şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov
bildirib.

“Qazprom” Rusiya qazını Ukrayna ərazisindən tranzit üçün
avropalı istehlakçıların müraciətlərinə uyğun olaraq müntəzəm
rejimdə tədarük edir.

Bildirilib ki, Ukrayna ərazisindən gündə təxminən 109,5 milyon
kubmetr həcmdə qaz tranziti uzunmüddətli ehtiyatlar üzrə
tədarüklərə uyğundur.