“Qazprom” Şirazda ofis açsın – Binazadə

“Qazprom” Şirazda ofis açsın – Binazadə

“Qazprom” və Rusiyanın digər iri neft-qaz şirkətlərinin Şirazda ofisləri olmalıdır.

AzerTimes xəbər verir ki, bunu İranın Fars əyalətinin qubernatorunun müşaviri, Şiraz Universitetinin elm və təhsil sahəsindəki əməkdaşlıq üzrə direktoru Müctəba Binazadə deyib.

Şiraz İranın cənubundakı ən mühüm şəhərdir. Fars körfəzi regionunda və onun ətrafında fəaliyyət göstərən bir çox şirkətin Şirazda ofisləri var. Hesab edirəm ki, “Qazprom” və Rusiyanın digər iri şirkətlərinin də bu şəhərdə belə ofisləri olmalıdır”, – Binazadə bildirib.

Onun sözlərinə görə, Rusiya nəhəng neft və qaz ehtiyatlarına malikdir və Fars əyaləti də xüsusi sənaye zonaları olan neft-qaz şirkətlərinin fəaliyyət mərkəzidir.

Teqlər: