“Qazprom” podratçısının daha bir direktoru ölü tapıldı

“Qazprom” podratçısının daha bir direktoru ölü tapıldı

Rusiyanın “Qazprom” şirkətinin podratçısı “Astra-Shipping” şirkətinin baş direktoru Yuri Voronov ölü tapılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, Voronov Rusiyanın Sankt-Peterburq yaxınlığındakı evinin hovuzunda tapılıb. Onun yanında travmatik tapança aşkar edilib.

İlkin məlumatlara görə, Voronov yaxın məsafədən başından vurulub.

Qeyd edək ki, bu, artıq “Qazprom”la bilavasitə bağlı olan beşinci ölüm hadisəsidir.

Teqlər: