Rusiyanın “Qazprom” şirkətinin qaz hasilatı on ay ərzində 18,6% azalaraq 344 milyard kubmetrə düşüb.
AzerTimes xəbər verir ki, bu barədə “Qazprom” şirkəti məlumat yayıb.
“İlkin məlumatlara görə, 2022-ci ilin yanvar-oktyabr aylarında şirkət 344 milyard kubmetr qaz hasil edib. Bu isə ötən illə müqayisədə 18,6% (78,8 milyard kubmetr) az göstəricidir”, – məlumatda deyilir.