Xəbər - Trend6
Səhər saatlarından “Azəriqaz”ın çağrı mərkəzinə 1200 müraciət daxil olub.
AzerTimes-ın məlumatəna görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib. Onun sözlərinə görə, zənglər daha çox Xəzər, Sabunçu, Binəqədi rayonlarından daxil olur:
“Zənglər də onun bağlı idi ki, qazın təzyiqində müəyyən qədər azalmalar var. Əlbəttə, rejimlərin normal səviyyədə dərhal tənzimləmə işinə baxıldı və müvafiq olaraq onlar icra olundu”.
C.Səfərov qeyd edib ki, yaranmış vəziyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejimində çalışır.