Qazinin məhkəmədə ölümü: kim məsuliyyət daşıyır?

Qazinin məhkəmədə ölümü: kim məsuliyyət daşıyır?

Kredit borcuna görə zaminin maaş və əmək haqqından 50 faizdən artıq tutulmasına qanun icazə vermir. Mütləq vəfat edən şəxsin kartının blok olma səbəbini araşdırmaq lazımdır.

Bunu AzerTimes-a açıqlamasında tanınmış vəkil Aqil Layıc ötən gün Sumqayıtda məhkəmə qərarlarının icrası binasında 5 uşaq atası olan qazi, polkovnik-leytenant Şahmurad Məmmədovun ölümü haqda danışarkən deyib.

O bildirib ki, zaminin gəlirinin 50 faizinin tutulması qanunu Milli Məclis tərəfindən qəbul edilib:

“Kart yüz faiz həcmində bloklanıbsa, gəlirin hamısı ödənişə yönəldilibsə, burada artıq birbaşa məsuliyyəti icra məmuru və məmurun tələblərini yerinə yetirən bank daşıyır ”, – hüquqşünas deyib.

Qeyd edək ki, dünən qazi, polkovnik-leytenant Şahmurad Məmmədov Sumqayıtda məhkəmə binasında ürəyi partlaması nəticəsində dünyasını dəyişib.

İddialara görə, məhkəmə və bank 5 uşaq atası olan Ş.Məmmədovun bütün pensiyasını borca yönəldib, kartı isə bloklanıb.

Teqlər: