Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur – Departament direktoru

Xəbər - İlhamə İsabalayeva – Trend:

Vətən Müharibəsi qazilərinin protezləşdirmə üçün xarici ölkələrə getməsinə ehtiyac yoxdur.

Bunu AzerTimes-a Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib.

Departament direktoru əlavə edib ki, bunun üçün Azərbaycanda kifayət qədər mütəxəssis və avadanlıqlar var:

“Protez Ortopedik İstehsalat Mərkəzinin imkanları xaricində olan heç bir proses yoxdur. Biz tam keyfiyyət və həcm olaraq, yaralıları ən yaxşı protezlərlə təmin etmək iqtidarındayıq. Azərbaycanın bugünkü tələbatını qarşılayacaq səviyyədəyik”.


Ç.Hacıyev qeyd edib ki, protezləşməyə ehtiyacı olmayan qazilərin də müalicəyə görə xaricə getməsinə zərurət yoxdur.

Onun fikrincə, digər əlillik statusu alan qazilərlə bağlı bütün reabilitasiya tədbirlərini daxili imkanlar hesabına həyata keçirmək olar.

Teqlər: