Qazilərin müayinəsi üçün Türkiyədən Azərbaycana həkim briqadası gəldi (FOTO)

Xəbər - Samir Əli – Trend:

Fevralın 24-ü Türkiyənin ən böyük xəstəxanalarından olan “VM
Medikal Park” xəstəxanasının tibbi heyətinin həkim briqadası
ölkəmizə gəlib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, onların
arasında beyin cərrahı, plastik-estetik cərrah və uşaq hematoloqu
yer alıb.

Həkimlər Türkiyədə əməliyyat olunan, müalicəsini uğurla
tamamalayaraq ölkəyə qayıdan 20 qazimizi və bir şəhid övladını
müayinə ediblər. Qazilərimizin Türkiyədəki əməliyyatını da məhz
həmin həkimlər həyata keçirib.

Həkimlərlə görüş zamanı onlara “YAŞAT” Fondunun təqvimi, plaketi
və jurnalı hədiyyə olunub.

“YAŞAT” Fondu 2021-ci ilin fevral ayından etibarən həkim rəyinə
əsasən qazilərimizin əməliyyat və müalicəsini qardaş ölkə Türkiyə
Respublikasında həyata keçirir. Bu günə kimi 165 qazimiz Türkiyədə
ixtisaslaşmış müxtəlif xəstəxanalarda əməliyyat və müalicə olunub,
onlardan 119-u müalicəsini tamamlayaraq ölkəyə qayıdıb. Hazırda 46
ağır yaralı qazimizin müalicəsi Türkiyədə davam etdirilir. Onların
sağlamlığı və digər ehtiyacları ilə bağlı məsələ Fondun
nəzarətindədir.

Teqlər: