Qazilərin “bir abbasını” verin.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, qazilər hər yerdə bizdən müavinətlərin artırılmaısnı istəyir:
“Maliyyə naziri Samir Şərifov, siz burdasız, hamıya pul paylayırsız, nə olar ki, bu qazilərin də “bir abbası”sını verin”.
Millət vəkili reproduktiv sağlamlıqla bağlı məsələnin Azərbaycanda düzgün həyata keçirilmədiyini bildirib:
“Allah kiməsə uşaq verməyibsə, ona süni mayalanma ilə övlad vermək dini cəhətdən də düz deyil. O vaxt Dini Komitənin sədri olanda belə bu qanunun əleyhinə çıxmışam”.