Qazilərin avtomobillərinə hansı halda etibarnamə verilir?

Xəbər - Humay Ağacanova – Trend:

Qarabağ müharibəsi əlillərinə verilən avtomobillərin
başqalarının idarə etməsi üçün hansı halda etibar verilə bilməsinə
aydınlıq gətirilib.

Trend xəbər verir ki, Sosial Xidmətlər
Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov deyib
ki, şəxs yalnız eyni yaşayış məntəqəsində yaşadığı şəxsə etibarnamə
verə bilər.

Onun sözlərinə görə, eyni yaşayış məntəqəsində yaşayan şəxslər
Agentliyə müraciət edən zaman müvafiq sənədləri təqdim
etməlidirlər.

“Bu sənədlərlə həmin şəxs öz imtiyazını təsdiq etməlidir.
Qarabağ müharibəsi əlili olduğunu və ya müharibə nəticəsində əlil
olduğunu bildirən şəxs sənədi, yaşayış yerindən arayışı, maşını
kimə etibar etmək istəyirsə, qohumluq dərəcəsinə aydınlıq
gətirməlidir. Bu zaman etibarnamə verilə bilər. Təbii ki,
etibarnamə verilən şəxsin sürücülük vəsiqəsi olmalıdır”, – deyə o
əlavə edib.

Teqlər: