Qazilər Qarabağda işlə təmin olunacaq

Qazilər Qarabağda işlə təmin olunacaq

2021-ci ildən şəhid ailə üzvlərinin kvota ilə işə götürülməsi prosesinə başlanılıb. Bu gün ölkə üzrə kvotanın sayı 66 mindən artıqdır. Kvotanın 80 minə çatdırılması planlaşdırılır.

AzerTimes xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Sədr bildirib ki, bu ilin ilk 4 ayı ərzində 2500 işdən sığorta təyinatı olub:

“Bu göstəricinin 10 minin üzərinə çatdırılması nəzərdə tutulub. Böyük qayıdış çərçivəsində azad olunan ərazilərdə işlə təminat məsələsinə baxılır. Qazilərin orada işə cəlbinə xüsusi önəm veriləcək. Qarabağda iş platforması hazırlanır”.

Teqlər: