Qazdan zəhərlənmə: Çevik müdaxilə həyatlarını xilas etdi

Qazdan zəhərlənmə: Çevik müdaxilə həyatlarını xilas etdi

Ucar və Yevlax rayonlarında dəm qazından zəhərlənənlər olub.

AzerTimes xəbər verir ki, Ucar rayonunun 1991-ci il təvəllüdlü Alpı kənd sakini Nadir Rüstəmov yaşadığı evdə dəm qazından zəhərlənərək ağır durumda xəstəxanaya çatdırılıb.

Digər qazdan zəhərlənmə hadisəsi isə Yevlax şəhəri Heydər Əliyev prospekti 33 ünvanında qeydə alınıb. Burada 1959-cu il təvəllüdlü şəhər sakini Aidə Cümşüdova yaşadığı mənzildə dəm qazından zəhərlənərək huşsuz vəziyyətdə şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

Əldə edilən məlumata görə, fərqli bölgələrdə qazdan zəhərlənən hər iki şəxsə tətbiq olunan çevik tibbi müdaxilə onların həyatda qalmasına zəmin yaradıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Teqlər: