Qazaxlı Alikin oğlu həbs edildi

Qazaxlı Alikin oğlu həbs edildi

Nərimanov rayon Məhkəməsi ötən gün saxlanılan Qazaxlı Alikin oğlu Fuad Muradov haqqında həbs qərarı verib.

AzerTimes xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasında onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, F.Muradov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ittiham irəli sürülüb.

Teqlər: