Qazaxlar rus müğənninin konsertini ləğv etdirdi

Qazaxlar rus müğənninin konsertini ləğv etdirdi

Rusiyalı müğənni Qriqori Lepsin Qazaxıstanın Konayev şəhərində verəcəyi konsert ləğv edilib.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

“Qriqori Lepsin konsertinin keçiriləcəyi məkanın sahibi olan “Makao Luxury Village Resort” şirkəti təşkilatçılarla müqaviləni birtərəfli qaydada pozub”, – məlumatda bildirilib.

Qeyd edək ki, bir neçə gün öncə rusiyalı müğənnilər Qriqori Leps və Nikolay Baskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışları zamanı hər Ukrayna tankının vurulmasına görə 1 milyon mükafat təyin etmişdilər. Onların bu açıqlamasından sonra qazaxlar Lepsin konsertinin ləğv edilməsinə çağırmışdılar.

Teqlər: