Qazaxla sərhəddə atışma: maşınlar əzildi – PUA davası

Qazaxla sərhəddə atışma: maşınlar əzildi – PUA davası

Noyabrın 12-də Ermənistanın Qazaxla sərhəd Tavuş bölgəsində atışma baş verib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Dilican icmasının Salah (ermənilər “Axavnavank” adına dəyişdirib – red.) kəndində fəaliyyət göstərən “Ginetun” qonaq evində Tavuş vilayətinin 26 yaşlı sakini Aleksan Nersisyan Qarabağdan miqrasiya edən 24 yaşlı Artur Mesropyanla PUA buraxılması üstündə mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib və bu zaman atəş açılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, həmin gün saat 19:00 radələrində Nersisyan bir qrup şəxslə Mesropyan və 51 yaşlı Hayk Stepanyanla mübahisə edib. Nersisyan və bir qrup şəxs sonuncunu döyüb. Dava zamanı bir neçə avtomobilə ziyan dəyib, atışma səsləri eşidilib.

Faktla bağlı cinayət işi başlanıb.

Mənbənin sözlərinə görə, Stepanyan Dilicanın Salah filialında meşəbəyidir.

Teqlər: