Qazaxıstanla əməkdaşlığımız dostluq və qardaşlıq münasibətlərinə
əsaslanır. Bu baxımdan ticarət-iqtisadi tərəfdaşlığın inkişafı
bizim üçün önəmlidir.
İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu barədə
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstan
Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini –
Prezidentin Beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan
Kazıxan ilə görüşündə bildirib. Nazir Azərbaycan-Qazaxıstan
əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadiyyatın müxtəlif
istiqamətləri üzrə uğurlu əməkdaşlığı vurğulayıb.
Qazaxıstan Respublikası Prezidentinin Administrasiyası
rəhbərinin müavini- Prezidentin Beynəlxalq əməkdaşlıq üzrə xüsusi
nümayəndəsi Yerjan Kazıxan ölkələrimiz arasında iqtisadi
tərəfdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli
istifadənin əhəmiyyətini qeyd edib.
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə
daşımaların təşviqi məqsədilə birgə səylərin artırılması, zəruri
infrastrukturun inkişaf etdirilməsi və Vahid Yol Xəritəsinin
hazırlanması imkanları müzakirə edilib.