Qazaxıstanla imzalanmış bu sənəd… – XİN

Qazaxıstanla imzalanmış bu sənəd… – XİN

Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri barədə imzalanmış müvafiq hüquqi sənəd, yəni ölkələrimizin strateji münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi haqqında bəyannamə münasibətimizin əsasını təşkil edir.

AzerTimes xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Qazaxıstanın Müstəqilliyinin 23-cü ildönümü münasibətilə keçirilən xüsusi mərasimdə söyləyib.

O bildirib ki, ölkələrimiz arasında mövcud olan hörmət və etimada söykənmiş siyasi cəhətdən aktiv təşəbbüslərimiz bütün sahələrdə misilsiz fayda verəcək və gələcək uğurlarımızı təşviq edəcək:

“Azərbaycan və Qazaxıstan Respublikası arasındakı mövcud tərəfdaşlıq və müttəfiqlik razılaşması, habelə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında bəyannamə, bütün bunlarla yanaşı, strateji münasibətlərimizin daha möhkəm təməllər üzərində qurulması əlaqələrimizin daha da möhkəm olması üçün zəmin formalaşdırır”.

Teqlər: