Qazaxıstanın yeni baş naziri o olacaq

Qazaxıstanın yeni baş naziri o olacaq

Qazaxıstan Prezident Administrasiyasının rəhbəri Oljas Bektenovun Baş nazir postuna namizədliyi təklif olunub.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Mövcud qanunvericiliyə uyğun olaraq, dövlət başçısı təklif olunan namizədi Məclisdəki partiya fraksiyalarının rəhbərləri ilə müzakirə edəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, Bektenov 2023-cü ilin aprelindən Prezident Administrasiyasına rəhbərlik edir. O, Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin rəhbəri vəzifəsində də çalışıb.

Xatırladaq ki, Qazaxıstan hökuməti dünən istefa verib.

Teqlər: