Qazaxıstanın Uralsk şəhərində blok-postda Ermənistan nömrə nişanlı avtomobil saxlanılıb

Qazaxıstanın şimalındakı Uralsk şəhərində blok-postda Ermənistan nömrə nişanlı avtomobil saxlanılıb.

Trend bu barədə “Xabar 24” telekanalına istinadən məlumat verir.

Qeyd olunur ki, avtombilin baqaj hissəsində 50 mobil telefon, patronlar, gözyaşardıcı qumbara, planşetlər və digər akesuarlar aşkar edilib.

Polislər avtomobili saxladıqda sürücü uzun müddət baqajı açmağa imtina edib, daha sonra hadisə yerindən qaçmağa çalışıb.

Həmin şəxs polislər tərəfindən saxlanılıb.