Qazaxıstanın “Fly Arystan” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Özbəkistanın Urqenç hava limanında təcili eniş edib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Uzbekistan Airports” şirkətinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, Türküstan – İstanbul marşrutu üzrə uçuşu həyata keçirən təyyarənin təcili eniş etməsinə səbəb göyərtədəki sərnişinlərdən birinin özünü pis hiss etməsi olub.
Eniş etdikdək sonra özünü pis hiss edən Türkiyə vətəndaşı tibbi yardımın göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, təyyarə yaxın saatlar ərzində İstanbula yola düşəcək.