Qazaxıstanın paytaxtında altı nəzarət-buraxılış məntəqəsi quraşdırılıb

Qazaxıstanın paytaxtı Nur-Sultanda altı nəzarət-buraxılış məntəqəsi quraşdırılıb, şəhərə giriş-çıxış məhdudlaşdırılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Xabar 24” televiziya kanalı paytaxtın polis departamentinə istinadən bildirib.

Bildirilib ki, postlar Qaraqanda, Kokşetau, Pavlodar və Kosşı şəhərləri, Korqaljin, Həştərxanka kəndləri istiqamətində quraşdırılıb:


“Polisdən verilən məlumata görə, 23.00-dan 07.00-a kimi Nur-Sultana giriş-çıxış məhdudlaşdırılıb. Yalnız paytaxtın həyatının təmin edilməsində iştirak edən şəxslərə və nəqliyyat vasitələrinə istisna qoyulub”.