Qazaxıstanın loukoster aviaşirkəti Bakıya ilk uçuşunu həyata keçirib (FOTO)

Qazaxıstanın “FlyArystan” loukoster aviaşirkəti aprelin 1-də
Aktau-Bakı-Aktau marşrutu üzrə ilk uçuşunu həyata keçirib.

AzerTimes-ın
məlumatına görə, təyyarə Bakı vaxtı ilə saat 01:20-də Heydər Əliyev
Beynəlxalq Hava Limanına enib.

Uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri yerinə
yetiriləcək.

Qrafikə əsasən, Aktaudan həm cümə və bazar günləri uçuş saat
01:15-də (GMT +5), Bakıya eniş isə saat 01:20-də (GMT +4) həyata
keçiriləcək. Bakıdan əks istiqamətdə yola düşmə – saat 02:20 (GMT
+4) və Aktauya çatma – 04:45 (GMT +5) olacaq.

Bir tərəfə uçuş qiyməti 54 dollardan başlayır.

Qeyd edək ki, 2021-ci ilin mart ayından etibarən “FlyArystan”ın
təyyarələri Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri,
Özbəkistan, Qırğızıstan və Misirə müntəzəm və çarter reysləri
həyata keçirməyə başlayıb.

Teqlər: