Qazaxıstanın Kostanay vilayətində 650-dən çox şəxs saxlanılıb.
Trend bu barədə Qazaxıstan mətbuatına istinadən məlumat verir.
Qeyd olunur ki, 220 nəfər barəsində inzibati məhkəmə işləri aparılır. Onların 15 sutkayadək həbs olunması gözlənilir.
Eyni zamanda saxlanan şəxslər barəsində “Binalara, tikililərə, rabitə vasitələrinə hücum və ya onların ələ keçirilməsi” ittihamı ilə istintaq aparılır. Bu ittihama görə 12 ilədək həbs cəzası nəzərdə tutulir.
(Tərcümə: Orxan Nəbiyev)