Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov
saxlanılıb.

AzerTimes-ın “Kazinform”a istinadən verdiyi məlumata görə, bu barədə
Qazaxıstanın Baş Prokurorluğunun mətbuat xidmətindən
bildiriblər.

“2022-ci il fevralın 19-da Baş Prokurorluq keçmiş müdafiə naziri
Bektanov Murat Karibayeviçə qarşı xidmətdə hərəkətsizlik faktı ilə
bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 452-ci maddəsi
ilə ibtidai istintaqa başlayıb”, – deyə Baş Prokurorluqdan
bildirilib.


Qeyd edilib ki, sözügedən cinayəti törətməkdə şübhəli bilinən
M.Bektanov 2022-ci il fevralın 20-də saxlanılaraq müvəqqəti saxlama
təcridxanasına yerləşdirilib.

“Digər məlumatlar istintaqın maraqları çərçivəsində açıqlana
bilməz”, – deyə Baş Prokurorluqdan əlavə ediblər.