Qazaxıstanın güc strukturları yaşayış məntəqələrini “təmizləmək”də davam edir

Qazaxıstanın güc strukturları yaşayış məntəqələrini “təmizləməyə” davam edir.

AzerTimes-ın Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə yanvarın 9-da Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin rəhbərliyi ilə keçirilən operativ qərargahın iclasında məlum olub.


Qeyd olunub ki, hüquq-mühafizə orqanları və Silahlı Qüvvələr tərəfindən ölkədə ictimai hüquq qaydasının və qanunçuluğun bərpası, bölgələrdə fövqəladə vəziyyət rejiminə riayət olunmasının təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Nəzarət-buraxılış məntəqələri yaradılıb, bir sıra strateji obyektlər KTMT-yə üzv dövlətlərin birləşmiş sülhməramlı kontingentinə verilib. Güc strukturları qəsəbələri “təmizləmək”də davam edir. Terrorçuların yerinin müəyyən edilərək saxlanılması, sübut bazasının toplanması və sənədləşdirilməsi, müvafiq ekspertizanın aparılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.