Qazaxıstanın gerbini anlamaq çox çətindir, onda eklektizm və sovet dövrünün əlamətləri var.
AzerTimes xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
“Ümumi razılıq əldə olunarsa, bütün aspektləri əsaslı şəkildə nəzərdən keçirəcək və ictimai müzakirələr aparacaq xüsusi komissiya yaratmaq olardı. Daha sonra Qazaxıstanın yeni Dövlət Gerbinin ən yaxşı eskizi üçün açıq müsabiqə elan olunardı”, – Tokayev bildirib.