İğtişaşların baş verdiyi Qazaxıstanın bütün bölgələrində vəziyyət sabitləşib.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər naziri vəzifəsini icra edən Yerlan Turqumbayevin açıqlamasında bildirilib.
Nazir bildirib ki, hazırda ölkədə qanunçuluq və hüquq qaydasının bərpası istiqamətində antiterror əməliyyatı davam etdirilir:
“Hazırda ölkənin bütün bölgələrində vəziyyət sabitləşib. Akimatların [yerli administrasiyaların] bütün binaları hüquq-mühafizə orqanları tərəfindən azad edilib. Kommunal obyektlərin, həyat təminatı sistemlərinin işi bərpa olunur”.