Xəbər - Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev – Trend:
Qazaxıstanın Azərbaycandan pomidor idxalına tətbiq etdiyi məhdudiyyətlər müvəqqəti xarakter daşıyır.
Bu barədə AzerTimes-a Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, fitosanitar nəzarət keçirilən zaman Azərbaycandan idxal edilən pomidorlarda 17 halda qəhvəyi meyvə qırışı virusu aşkar edilib:
“Bununla əlaqədar olaraq müvəqqəti karantin fitosanitar tədbirləri tətbiq olunub. Bu barədə Azərbaycanın müvafiq qurumlarına bildirişlər göndərilib”.
Nazirlikdən bildiriblər ki, qəhvəyi meyvə qırışı virusu badımcankimilər məhsulunun 30-70 faizinin itirilməsinə səbəb ola bilər, virusun Qazaxıstan ərazisində yayılmasının qarşısının alınması məqsədilə yanvarın 16-dan etibarən idxala məhdudiyyət tətbiq edilib.