Xəbər - Fidan Babayeva, Orxan Nəbiyev – Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qazaxıstanın Azərbaycandan pomidor idxalına qadağa qoyması məsələsini araşdırır.
Bu barədə AzerTimes-a Agentlikdən bildiriblər.
Məlumata əsasən, 5-14 yanvar tarixlərində Qazaxıstana qəhvəyi meyvə qırışı virusu daşıyan pomidorların ixrac olunması barədə 17 bildiriş daxil olub:
“Hazırda bu istiqamətdə Qazaxıstanın müvafiq qurumları ilə araşdırmalar aparılır”.
Qeyd edək ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycandan pomidor idxalını dayandırdığını elan edib.