Bu il Qazaxıstandan daha 9 istiqamətdə beynəlxalq aviareyslərin açılması gözlənilir.
AzerTimes xəbər verir ki, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı nazirinin müavini Almaz İdrisov Parlament Senatının iclasında çıxışı zamanı 2023-cü ildə Maskat, Paris, Kuala-Lumpur, Təl-Əviv, Kəraçi, Lahor, Səmərqənd, Praqa və Mumbay istiqamətlərində reyslərin açılacağını və bərpa olunacağını bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə aviakompaniyalar tərəfindən 11 milyon sərnişin daşınıb ki, bu da öncəki illə müqayisədə 17 faiz çoxdur.
Hazırda dünyanın 28 ölkəsi ilə 104 marşrut üzrə həftədə 477 reys olmaqla beynəlxalq uçuşlar həyata keçirilir.