Qazaxıstandakı iğtişaşların arxasında daxili və xarici qüvvələrin razılaşması dayana bilər – Dövlət katibi

Qazaxıstandakı iğtişaşların arxasında müəyyən daxili və xarici destruktiv qüvvələrin razılaşması dayana bilər.

Trend-in məlumatına görə, bu barədə ölkənin dövlət katibi Yerlan Karin deyib.

O bildirib ki, bununla bağlı yekun fikri xüsusi xidmət, hüquq-mühafizə orqanlarının araşdırmalarının başa çatmasından sonra bildirmək mümkün olacaq.


“Terrrorçu qruplaşmaların iştirakçıları arasında həm Qazaxıstan vətəndaşları, həm də xarici vətəndaşlar yer alıb. Daha ətraflı faktları xüsusi xidmət orqanları təqdim edəcək. Bu artıq deməyə əsas verir ki, müəyyən daxili və xarici destruktiv qüvvələrin əvvəlcədən razılaşması olub”, – deyə o bildirib.