Qazaxıstandakı iğtişaşlar zamanı 2 hərbçi ölüb, 216-sı yaralanıb

Qazaxıstandakı iğtişaşlar zamanı Milli Qvardiyanın 2 hərbçisi ölüb, 216-sı yaralanıb. 50-yə yaxın hərbi texnika zədələnib.

AzerTimes bu barədə “Kazinform”a istinadən məlumat verir.

Qeyd edilir ki, Milli Qvardiyanın hərbi qulluqçuları hüquq-mühafizə orqanları ilə birlikdə ölkənin bütün şəhər və qəsəbələrində talan və iğtişaşların baş verdiyi ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsinə cəlb edilib.


Paytaxtın həyati əhəmiyyətli obyektləri və infrastrukturu mühafizəyə götürülüb.