Qazaxıstanın Atırau şəhərində ticarət-əyləncə mərkəzi yanır, xilasedicilər ziyarətçiləri təxliyə edirlər.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Bu dəqiqələrdə Atırau şəhərinin yanğınsöndürənləri Bəxtigirey Kulmanov küçəsində yerləşən “Baizaar” ticarət mərkəzində baş vermiş yanğını söndürürlər”, – məlumatda bildirilir.
“Atyrau Online”ın verdiyi xəbərə görə, binanın içərisindəki tüstü insanların çıxış yolu tapmasına mane olur və bu, təxliyəni çətinləşdirir.