Qazaxıstanda Strateji Planlaşdırma və İslahatlar Agentliyinin sədri təyin olunub

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qərarı ilə Aset İrqaliyev ölkənin Strateji Planlaşdırma və İslahatlar Agentliyinin sədri təyin olunub.

AzerTimes-ın məlumatına görə, digər sərəncamla Kayrat Kelimbetov bu vəzifədən azad edilib.

Qeyd edək ki, A.İrqaliyev bundan əvvəl Qazaxıstanın milli iqtisadiyyat naziri vəzifəsində işləyib. Yanvarın 5-də K.Tokayev hökumətin buraxılması barədə qərar imzalayııb.


(Tərcümə: Orxan Nəbiyev)