Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 822 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 284 173 nəfərə çatıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 244 517 nəfəri sağalıb, 3 333 nəfəri isə vəfat edib.