Qazaxıstanda seçici fəallığı açıqlandı

Qazaxıstanda seçici fəallığı açıqlandı

Qazaxıstanda keçirilən prezident seçkilərində seçici fəallığı açıqlanıb.

AzerTimes xəbər verir ki, yerli vaxtla saat 12:00-a olan məlumata görə, seçici fəallığı 38.55 faiz olub.

Qeyd edək ki, bu gün keçirilən prezident seçkilərində 6 namizəd mübarizə aparır. Seçicilər hazırkı prezident Qasım-Jomart Tokayevlə, Nurlan Auesbaev (müxalif Milli Sosial Demokrat Partiyasından (OSDP) namizəd), Meyram Kajıken (Qazaxıstanın “Amanat” Həmkarlar İttifaqları Birliyi), Jiquli Dayrabayev (“Aul” Xalq Demokratik Vətənpərvər Partiyasından), Karakat Abden (Sosial İşçilər Alyansından), Saltanat Tursınbekov (“Kazak anaları – desturqe jol” İctimai Birliyindən) arasında seçim etməli olacaqlar.

Yenilənmiş Konstitusiyaya əsasən, ölkə prezidenti Qazaxıstanın vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

Teqlər: