Qazaxıstanda sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta…

Qazaxıstanda sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta…

Qazaxıstanın şimal vilayətlərinin sakinləri səhvən bu ərazilərdə temperaturun -380 °C-ə qədər enməsini göstərən SMS mesajları alıblar.

AzerTimes xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Hadisə dekabrın 8-də baş verib və şaxta barədə məlumat elə həmin gün daxil olub.

“Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. Orta məktəbdə dərslər ləğv edilir”, – deyə məlumatda bildirilir.

“Tele2” mobil operatorunun mətbuat xidməti isə mesajda yanlışlığa yol verildiyini, dərəcə simvolunun “0” ilə yazıldığını və nəticədə -38 dərəcənin -380-nə çevrildiyini bildirib.

Teqlər: