Xəbər - Orxan Nəbiyev – Trend:
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə ərazisində ölüm hökmünün qadağan olunması barədə qanunu imzalayıb.
Trend-in məlumatına görə, bu barədə ölkə prezidentinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, Qazaxıstanda 17 maddə üzrə ölüm hökmü nəzərdə tutulub.
2003-cü ildə sabiq prezident Nursultan Nazarbayev ölüm hökmünə moratorium tətbiq olunması barədə fərman imzlanmışdı. Sənədə əsasən, ölkədə ölüm hökmünün verilməsi qadağan olunmasa da, qərarların icrası dayandırılmışdı.